APA TV-dən xüsusi buraxılış:  Yarımçıq qalmış veriliş Xocalıda tamamlandı
25 fevral 2025 13:35 (UTC +04:00)

APA TV-dən xüsusi buraxılış: Yarımçıq qalmış veriliş Xocalıda tamamlandı

APA TV Xocalı soyqırımının ildönümündə maraqlı layihə hazırlayıb. Televiziya 2015-16-cı illərdə yayınlanmış "Üç Valet" verilişinin xüsusi buraxılışını Xocalıdan hazırlayıb.

Verilişin aparıcılarından biri olan Qabil Abbasoğlu deyib ki, 2016-cı ilin fevralında APA TV-nin "Üç Valet" verilişini Xocalı soyqırımının ildönümünə həsr etməyi qərara alıblar.

"Verilişə qonaq kimi həm Xocalı sakini, həm həmkarımız, həm də bu faciənin dünyada tanınması üçün məhdud imkanları ilə fədakarlıq göstərən Səriyyə Müslümqızını dəvət etmişdik. Verilişi hazırlayarkən belə bir quruluş düşündük ki, Xocalı faciəsi ədalətli qiymətini, bu vəhşiliyi törədənlər isə layiqli cəzasını almadığı üçün, üstəlik, qonağımız qadın olduğuna görə, üç kişinin ona sual ünvanlaması və onun cavablarını sakit dinləməsi çətin olacaq. Odur ki, biz təqdimatı verib, qonağı tamaşaçılarla baş-başa buraxdıq və studiyadan ayrıldıq. Verilişin sonuna qədər Səriyyə xanım həmin ağrılı hadisələri göz yaşları içində anlatdı. Sonda studiyaya döndük və aparıcı İlqar Rəsul verilişi yekunlaşdırarkən dedi ki, Xocalı hadisələri barədə xeyli suallar açıq qalıb, amma o sualların cavabı mütləq veriləcək, o cavabı verməliyik və verəcəyik".

Qabil Abbasoğlu qeyd edib ki, 2020-ci il Vətən Müharibəsində və 2023-cü il antiterror əməliyyatları zamanı bu cavablar Azərbaycan Ordusu tərəfindən ləyaqətlə verildi: "2024-cü ilin yazında isə Səriyyə xanım Xocalıya - doğulub boya-başa çatdığı evə qayıtdı. Bu, 9 il əvvəl yarımçıq qalmış verilişi öz məntiqi sonluğuna çatdırmaq ideyasını yaratdı. "Üç Valet" layihəsi artıq çoxdan bitmişdi, lakin bu mövzu hələ də açıq qalırdı. “APA Group”-un rəhbəri Vüsalə Mahirqızı ilə danışıb, Səriyyə xanımla studiyada yarımçıq qalmış söhbəti Xocalıdakı evində davam etdirməyi qərarlaşdırdıq. Xocalıda Səriyyə xanımın evində qonaq olduq, bu dəfə başqa aurada, bərpa olunmuş ədalət, verilmiş cəza kontekstində, pozitiv ovqatda bir veriliş çəkdik. Bu, çoxdan fəaliyyətini dayandırmış "Üç Valet"in xüsusi buraxılışı oldu”.

Qeyd edək ki, APA TV-nin "Üç Valet - Cavab gülləri" xüsusi buraxılışı Xocalı soyqırımının növbəti ildönümü - fevralın 26-da saat 15.00-da efirə gedəcək.

Xatırladaq ki, "Üç Valet" verilişi APA TV-nin maraqlı layihələrindən biri olub. Layihəni tanınmış jurnalistlər Qabil Abbasoğlu, İlqar Əlfi və İlqar Rəsul aparıb.

APA TV-dən xüsusi buraxılış: Yarımçıq qalmış veriliş Xocalıda tamamlandı - VİDEO  - FOTO APA TV-dən xüsusi buraxılış: Yarımçıq qalmış veriliş Xocalıda tamamlandı - VİDEO  - FOTO APA TV-dən xüsusi buraxılış: Yarımçıq qalmış veriliş Xocalıda tamamlandı - VİDEO  - FOTO APA TV-dən xüsusi buraxılış: Yarımçıq qalmış veriliş Xocalıda tamamlandı - VİDEO  - FOTO APA TV-dən xüsusi buraxılış: Yarımçıq qalmış veriliş Xocalıda tamamlandı - VİDEO  - FOTO APA TV-dən xüsusi buraxılış: Yarımçıq qalmış veriliş Xocalıda tamamlandı - VİDEO  - FOTO APA TV-dən xüsusi buraxılış: Yarımçıq qalmış veriliş Xocalıda tamamlandı - VİDEO  - FOTO APA TV-dən xüsusi buraxılış: Yarımçıq qalmış veriliş Xocalıda tamamlandı - VİDEO  - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1750

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09
APA TV-də XƏBƏRAPARAN - CANLI

APA TV-də XƏBƏRAPARAN - CANLI

25 iyul 2025 , 10:02
Siçan və ilanın   döyüşü -  VİDEO

Siçan və ilanın döyüşü - VİDEO

23 iyul 2025 , 18:28