Valideynlərin boşanması uşağa necə təsir edir? - PSİXOLOQ AÇIQLADI
03 may 2023 11:12 (UTC +04:00)

Valideynlərin boşanması uşağa necə təsir edir? - PSİXOLOQ AÇIQLADI

Psixoloq Lyudmila Petranovskaya boşanmanın uşaqlara necə təsir etdiyini açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, psixoloq bildirir ki, valideynlərin boşanması faktının uşaqlıqda və ya sonrakı həyatda hər hansı xüsusi problemlə əlaqəsi yoxdur.

Onun sözlərinı görə, valideynləri boşanmış və boşanmamış uşaqların psixoloji vəziyyətini müqayisə edən çoxlu araşdırmalar aparılıb:

“Boşanmış və boşanmamış uşaqların psixoloji vəziyyətində heç bir ciddi fərq yoxdur. Amma boşanma prosesi və bütün münaqişələr uşaqlara böyük ziyan vura bilər. Məsələ boşanıb-boşanmamaqda deyil, eyni zamanda böyüklərin necə davranmasındadır. Araşdırmalar göstərir ki, uşaqlar valideynlərin daimi və güclü münaqişələrindən əziyyət çəkirlər”.

# 1449
avatar

Arzu Qurbanlı

Oxşar yazılar