Dağıstanda 33 yaşlı qadın rinoplastika üçün yeni doğulmuş uşağını 100 min rubla (təxminən 2660 manata) satıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
İdarədən bildirilib ki, rusiyalı qadın körpəni doğum evinə qoymaq istəyib. Lakin qonşusu körpəni Serqokalinski rayonundan olan tanış ailəyə verməyi təklif edib.
Əvvəlcə qadın alıcılardan cəmi 20 min rubl (təxminən 532 manat) istəyib. Ailələrdən biri uşağı həmin qiymətə götürüb. Lakin sonradan uşağı satan ana rinoplastika əməliyyatı etdirmək üçün onlardan daha 100 min rubl (təxminən 2660 manat) da tələb edib.