Göbək yarasının tez sağalma yolunu HƏKİM AÇIQLADI
26 fevral 2023 09:09 (UTC +04:00)

Göbək yarasının tez sağalma yolunu HƏKİM AÇIQLADI

Yeni doğulmuş körpələrdə göbək ciyəsi düşdükdən sonra həmin nahiyədə yara əmələ gəlir. Həkimlər onun sağalmasının çox vacib olduğunu deyir. Çünki göbək müxtəlif infeksiyalar üçün giriş qapısı ola bilər.

Maraqlıdır, körpələrdə göbək yarasının tez sağalması üçün nə etmək lazımdır?

Lent.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov hələ də bəzi həkimlər yenidoğulmuşlarda göbək güdülünün qulluğu üçün spirt məhlullarından, müxtəlif antiseptiklərdən istifadə etməsini səhv adlandırıb:

"Bu tip vasitələrin istifadə olunması göbəyin sağalmasını uzadır. Belə ki, bir çox statistik araşdırmalar göstərir ki, məhz brilliant yaşılı, spirt məhlulu, xlorheksidin istifadəsi zamanı göbəyin düşməsi 10-12 günədək uzanır. Ancaq bütün dünyada hazırda təbliğ edilən metod olan “quru qulluq” zamanı isə bu statistik göstərici 5-6 gündür".

“Quru qulluq” nədir?

"Bu metodda valideynə başa salınır ki, göbəyi daima quru və təmiz saxlamaq lazımdır, Heç bir vasitə ora vurulmamalıdır. Əgər göbək nəcis və ya sidiklə çirklənərsə, onda axar su ilə onu təmizləyib, sonra isə tam qurutmağı məsləhət görülür. Kontaminasiyanı azaltmaq, travma riskini minimum etmək üçün isə geyilən pampersin göbək hissəsinin qatlanması məsləhət olunur. Belə olan halda həmin yara tezliklə sağalacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2592
avatar

Fidan İlqar

Oxşar yazılar