Nazirlər Kabinetinin sabiq mətbuat katibi, 2-ci dərəcə Dövlət müşaviri, əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əli
15 oktyabr 2021 17:05 (UTC +04:00)

Nazirlər Kabinetinin sabiq mətbuat katibi, 2-ci dərəcə Dövlət müşaviri, əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əli

Tapdıq, Fazil müəllim, məmur - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə vəzifədə idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:

Layihəmizdə bu dəfə Nazirlər Kabinetinin sabiq mətbuat katibi, 2-ci dərəcə Dövlət müşaviri, əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlidən bəhs edəcəyik.

O, alim, dövlət qulluqçusu, tanınmış qələm sahibidir. Kimi onu bir yazıçı, kimi də Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri kimi tanıyır. Amma hər kəs onu öz işinə vicdanla yanaşan bir insan kimi xarakterizə edir. Akif Əlioğlu çoxlarının sevimlisinə çevrilib.

22 fevral 1952-ci ildə Şuşada, hüquqşünas ailəsində dünyaya göz açan Akif Əli oğlu Məhərrəmov 1974-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Radionun "Satira və yumor" şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri, Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru olub.

1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib. 1990-cı ildə "Vətən səsi" qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib. 1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. II dərəcə Dövlət müşaviridir.

Akif Əli “Uzun müharibədə qısa görüşlər”, ”Tütək səsi” (Tapdıq), “Əgər bir yerdəyiksə” (Məmməd), “Arxadan vurulan zərbə” (Fazil) filmlərinə çəkilib. Bununla yanaşı, "Gözəlliyin qədrini bilək" (1984), "Azərbaycanın müasir kino aktyorları" (1984), "Unudulmaz yollar" (1985), "Məhəbbət təranələri" (1989), "Qaragöz oyunu" (1999), "M.Ə.Sabirin satira sənətkarlığı" (1999), "Öncə – vətəndir" (2003), "Böyük ömrün anları" (2004), "İdrak" (2007), “Vətən mücadiləsi”, “M. Ə. Sabirin satira sənətkarlığı” kitablarının müəllifidir.

Ailəlidir, iki övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10095
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar