Yanğınsöndürənlər telefonların gecə boyunca şarj olmasının yanğın riskini artırdığını bildirir.
Lent.az xəbər verir ki, Kanadanın Monreal şəhərində yanğınsöndürənlər smartfon istifadəçilərinə telefonlarını gecə boyunca şarjda saxlamamaqla bağlı vacib xəbərdarlıq edib.
Bu xəbərdarlığa səbəb litium-ion batareyaların yanğın təhlükəsi yaratmasıdır. Telefonunuz şarjda ikən bu batareyalar alov ala və ciddi nəticələrə səbəb ola bilər.
Ötən ay Monreal limanında 15 min kiloqram litium-ion batareyası daşıyan konteynerin alovlanması nəticəsində baş verən böyük yanğın bu xəbərdarlığın verilməsində əsas səbəb olub.
Litium-ion batareyalar bir çox elektron cihazlarda, xüsusən də smartfonlarda istifadə olunan güclü enerji mənbələridir.
Bununla belə, bu batareyalar həddindən artıq qızar və ya xarab olarsa, bu, yanğına gətirib çıxarır.
Gecə səhərə qədər şarj edilən telefonlarda batareyanın uzun müddət yüksək temperatura məruz qalması bu riski daha da artırır.
Litium-ion batareyalar geniş yayıldıqca, bu batareyaların törətdiyi yanğınların sayı da hər il artır.