“Windows 11”dən YENİLİK  – Artıq reklamlar burda da görünəcək
30 mart 2023 18:04 (UTC +04:00)

“Windows 11”dən YENİLİK – Artıq reklamlar burda da görünəcək

“Microsoft” şirkəti “Windows 11”də Başlat menyusuna reklam bildirişləri əlavə edəcək. 

Lent.az  xəbər verir ki, bu barədə “BleepingComputer” portalı məlumat yayıb.

Yenilik əməliyyat sisteminin KB5023778 yeniləməsindən sonra ortaya çıxıb.  

Əməliyyat sisteminin yeni versiyası ilə tanış olanların sözlərinə görə, “pop-up” bildirişdə “Microsoft” məhsulları haqqında məlumatlar var. 

Beləliklə, şirkət onun köməyi ilə istifadəçilərə “OneDrive” yaddaşı vasitəsilə məlumatların ehtiyat nüsxəsini çıxarmağı təklif edəcək. 

“Microsoft”un məlumatına görə, hazırda bu yenilik məhdud sayda istifadəçilər üçün əlçatandır. 

Qeyd edək ki, bir çox istifadəçi bu yenilikdən narazıdır. 
 

# 2322
avatar

Sevinc Fərid

Oxşar yazılar