“Windows 11” yeniləməsi proqramları   sıradan çıxardı
06 may 2022 10:14 (UTC +04:00)

“Windows 11” yeniləməsi proqramları sıradan çıxardı

“Microsoft” şirkəti istifadəçiləri “Windows 11”in son yeniləməsini silməyə çağırıb. 

Lent.az xəbər verir ki, bu barədə “BleepingComputer” məlumat yayıb. 

Belə ki, “Windows 11”in növbəti yeniləməsi zamanı əməliyyat sistemində problemlər yaranıb. İstifadəçilər bildiriblər ki, yeniləməni etdikdən sonra  bəzi proqramlar açılmayıb və ya düzgün işləməyib. 

Mütəxəssislər müəyyən ediblər ki, nasazlıq ".NET Framework 3.5" texnologiyası ilə bağlıdır. Həmçinin, problemin üstündə işlədiklərini və tezliklə aradan qaldıracaqlarını da qeyd ediblər. 
 

# 3291
avatar

Sevinc Fərid

Oxşar yazılar