“Whatsapp”dan yenilik: videolar...
08 fevral 2021 09:29 (UTC +04:00)

“Whatsapp”dan yenilik: videolar...

Məşhur mesajlaşma tətbiqi olan Whatsapp beta versiyada yeni səssiz video paylaşmaq funkisyasını test etməyə başlayıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, istifadəçilər videoları səssiz şəkildə paylaşa biləcəklər. Əvvəllər səssiz video paylaşmaq istəyənlər əlavə tətbiqlər işlətməli olurdularsa, artıq buna ehtiyyac olmayacaq. Yaxın zamanda yeniliyin bütün Whatsapp istifadəçiləri üçün əlçatan olacağı gözlənilir.

Mütəxəssislərin fikrinə görə yeni funksiya “Whatsapp”ın itirdiyi istifadəçiləri geri gətirmək üçün atdığı ilk addımıdır. Yanvar ayında yeni təhlükəsizlik qaydası tətbiq edəcəyini açıqlayan tətbiq kütləvi şəkildə istifadəçi itirmişdi.

# 15630
avatar

Oxşar yazılar