Whatsapp YENİ İMKANLAR  əldə edəcək
19 iyun 2023 16:05 (UTC +04:00)

Whatsapp YENİ İMKANLAR əldə edəcək

Whatsapp tərtibatçıları messencerin imkanlarını genişləndirməyə davam edirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə insayderlər Whatsapp Business-in Android üçün nəzərdə tutulmuş 2.23.13.5 nömrəli son beta versiyasında yeni faydalı funksiya aşkar ediblər. Söhbət, bir cihaz çərçivəsində messencer daxilində bir neçə istifadəçi hesabı arasında keçid imkanından gedir. Bu funksiya messencer daxilində istifadəçinin bir hesabdan digərinə keçid etməsinə imkan verəcək.

Yəni bir cihaz çərçivəsində messencer daxilində bir neçə hesabdan istifadə etmək imkanı olacaq. Bu cür funksiya faydalı olmaqla yanaşı həmçinin əlavə konfidensiallığı da təmin edəcək. Sözügedən yeni funksiyanın Whatsapp Business-də aşkar edilməsinə baxmayaraq onun eksklüziv olaraq yalnız messencerin Business versiyası üçün  olacağına dair heç bir sübut yoxdur. Buna görə də ola bilsin ki, yeni funksiya messencerin həmçinin adi versiyasında da aktiv olsun.

# 1881
avatar

Oxşar yazılar