“WhatsApp” bu tarixdən ÖDƏNİŞLİ OLACAQ
26 aprel 2022 19:56 (UTC +04:00)

“WhatsApp” bu tarixdən ÖDƏNİŞLİ OLACAQ

Mayın 15-dən “WhatsApp”ın biznes hesablarının sahibləri istədikləri təqdirdə ödənişli abunəyə qoşula biləcəklər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ödənişli abunəliyin üstünlüyü ondan ibarətdir ki, "Əlaqələndirilmiş cihazlar" bölməsində bir hesaba 10-a qədər cihaz qoşula biləcək.

Hazırda isə biznes hesabına maksimum 4 cihaz qoşula bilər.

“WhatsApp” tərtibatçıları iddia edir ki, yenilik müştərilərə xidmətin keyfiyyətini və sürətini artırmaq məqsədi daşıyır.

Hazırda abunənin qiyməti və şərtləri barədə məlumat açıqlanmayıb. Çox güman ki, ödənişli abunə bir sıra digər funksiyaları da əhatə edəcək.

Adi “WhatsApp” istifadəçilərinə gəlincə, onlar üçün heç nə dəyişməyəcək.

# 5979
avatar

Oxşar yazılar