Twitterlə bağlı daha bir CİDDİ İDDİA
04 aprel 2023 09:49 (UTC +04:00)

Twitterlə bağlı daha bir CİDDİ İDDİA

 Keçən həftə Twitter-in mənbə kodunun bir hissəsi GitHub-a sızdırılmışdı. İndi isə məlum olub ki, sosial şəbəkənin administrasiyası mənbə kodunun açıq şəkildə yayılması üçün nəzərdə tutulmuş fraqmentlərini GitHub-a rəsmi şəkildə yerləşdirib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Elon Musk-ın fikrincə bu cür qərar sayəsində Twitter bir növ Linux-a bənzəyəcək və nəticədə kənar tərtibatçıların iştirakı ilə sosial şəbəkənin alqoritmini təkmilləşdirmək və mövcud səhvləri aradan qaldırmaq mümkün olacaq.

Təbii ki, sosial şəbəkənin mənbə kodunun bir hissəsinin GitHub-a yerləşdirilməsinə ən böyük marağı məhz tərtibatçılar sərgiləyirlər. Şirkət hətta mənbə kodu ilə çalışmaq üçün nəzərdə tutulmuş təlimatı da təqdim edib. Məlumata əsasən GitHub-a mənbə kodunun daha çox məsləhət xarakterli alqoritmini əhatə edən hissəsi yerləşdirilib. Qeyd etmək lazımdır ki, sosial şəbəkənin istifadəçilərinə maraqlı paylaşımların sərgilənməsində iştirak edən də məhz həmin alqoritmdir.

46 milyon parametr əsasında ayarlanmış neyron şəbəkəsi gün ərzində yüzlərlə milyon tweet-i filtrdən keçirdir və hər bir istifadəçiyə maraqlı ola biləcək 1500 ədəd tweet-i seçir. Seçilmiş 1500 ədəd tweet də əlavə olaraq filtrdən keçir və daha sonra sosial şəbəkənin “For You” bölməsinə daxil edilir. “For You” bölməsinin ana səhifəsində olan tweet-lərin 50%-i bu və ya digər istifadəçinin tanıdığı şəxslərə, digər 50%-i tanımadığı şəxslərə aiddir. Məlumatda qeyd edilib ki, mənbə kodunun Twitter istifadəçilərinə reklam elanlarının sərgilənməsi üçün nəzərdə tutulmuş mexanizminin necə çalışdığına aydınlıq gətirən fraqmentləri GitHub-a yerləşdirilməyəcək.

# 1839
avatar

Oxşar yazılar