“Telegram”ın yaradıcısı “Facebook”un SİRRİNİ AÇDI
14 yanvar 2021 15:12 (UTC +04:00)

“Telegram”ın yaradıcısı “Facebook”un SİRRİNİ AÇDI

“Telegram”ın yaradıcısı Pavel Durov bildirib ki, sosial şəbəkələrdə messencer barəsində dəqiq olmayan məlumatlar yayan botlar aşkar edilib. Bu səbəbdən də o, “Telegram” haqqında səsləndirilən iddiaları təkzib edib. 

Lent.az “rusbase” saytına istinadən xəbər verir ki, Durova görə, “Telegram” barəsində ən çox yayılan yalan məlumatlar sırasında messencerin guya açıq mənbəli koda sahib olmaması, onun Rusiya məhsulu olması və messencerdə şifrələnmə sisteminin yoxluğudur: 

“Telegram” 2013-cü ildən açıq mənbəli koda sahibdir. “Telegram” istifadəyə verildiyi gündən bütün çatlar şifrələnmiş şəkildə olub. “Telegram”ın Rusiyada ofisi və ya serverləri mövcud deyil və o, 2018-ci ildən 2020-ci ilə kimi Rusiyada bloklanmış vəziyyətdə olub”. 

Bununla yanaşı, Durov digər məşhur messencerin son dəyişikliklərini də sərt tənqid edib. Söhbət, Whatsapp-dan gedir: 

“Facebook”a məxsus messencer öz istifadəçilərinin təhlükəsizliklərini təmin etmək niyyətində deyil. “Whatsapp” konfidensiallığın keyfiyyəti və səviyyəsi məsələsində “Telegram”la rəqabət apara bilmədiyi üçün gizli marketinq strategiyasına keçid edib. “Facebook”da “Telegram”ın nəyə görə belə məşhur olduğunu anlamağa çalışan xüsusi şöbə fəaliyyət göstərir. Həmin şöbəyə külli miqdarda vəsait xərclənir”. 

Lakin Durov buna ehtiyacın olmadığını qeyd edərək, “Facebook”a çox sadə pulsuz məsləhətindən bəhrələnməsini təklif edib. 

“Mən öz sirrimizi pulsuz təqdim etdiyimə görə xoşbəxtəm. Sadəcə olaraq, öz istifadəçilərinizə hörmət edin”. Milyonlarla insan Whatsapp-ın konfidensiallıq siyasətindəki son dəyişikliklərdən narazıdır. Təkcə 2019-cu ildə “Facebook” şirkəti marketinqə 10 milyard dollar vəsait xərcləyib. “Facebook”dan fərqli olaraq, “Telegram” marketinqə vəsait xərcləmir”. 

Durovun fikrincə, insanlar özləri üçün nəyin yaxşı olduğunu seçməkdə ağıllıdırlar və “Telegram”dan istifadə edən 500 milyon istifadəçi kütləsi üçün bu inam doğrulub.

Rəsul

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11085
avatar

Rəsul SARI

Oxşar yazılar