Telefon tualetdən daha çirklidir:   Necə düzgün təmizləmək olar?
17 iyun 2022 09:05 (UTC +04:00)

Telefon tualetdən daha çirklidir: Necə düzgün təmizləmək olar?

Biz yaxşı öyrənmişik ki, təmiz əllər sağlamlığın açarıdır, eyni şey qadcetlərə də aiddir. Əlbəttə ki, smartfonların yuyulmasına ehtiyac yoxdur, lakin onlar müntəzəm olaraq silinməli və dezinfeksiya edilməlidir.

Heç düşünmüsünüzmü ki, insanların 88 faizi smartfonunu özləri ilə tualetə aparır və sonra səhər yeməyi, nahar və ya şam yeməyi hazırlayarkən onu mətbəxə gətirir. Ancaq cib telefonunun səthində orta hesabla 17 min müxtəlif bakteriya var ki, bu da tualet oturacağındakından dəfələrlə çoxdur.

Qadcetlərin səthində bağırsaq çubuğu və qızılı stafilokok kimi patogenlərə də rast gəlinir. Nə etməli?

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması mərkəzləri gadcetlərinizi (telefonlar, planşetlər, qulaqlıqlar, klaviaturalar) hər gün təmizləməyi tövsiyə edir.

Qadcetı düzgün təmizləmək üçün sizə lazımdır:

1. Ekranları sərt parça və aşındırıcı pastalarla təmizləmək mümkün olmadığı kimi, smartfonların və digər gadcetlərin dəliklərinə heç nə tökmək lazım deyil. Qadcetləri təmizləmək üçün təmiz spirt və xlorlu yuyucu vasitələr də uyğun deyil.

2. Qadcetı təmizləməzdən əvvəl onu söndürün, bütün qapaqları çıxarın.

3. Təmizləmək üçün mikrofiber parça və ya yumşaq, tüysüz parça istifadə edin

4. Parçanı distillə edilmiş su və ya 70 faiz spirtlə nəmləndirin

5. Qadceti ön və arxadan yumşaq şəkildə silin, lakin basmayın.


 

# 3546
avatar

Oxşar yazılar