Telefon şarj olunarkən edilən səhvlər
23 may 2023 12:24 (UTC +04:00)

Telefon şarj olunarkən edilən səhvlər

Telefonu enerji ilə doldurarkən bir çox səhvlər edilir. 

Lent.az xəbər verir ki, əgər smartfon gec şarj olunursa, deməli, cihazınızda müəyyən problemlər var. 

Həmin problemləri təqdim edirik: 

Elektrik yuvasının mütləq işlədiyini yoxlayın. Hər şey qaydasındadırsa, o zaman telefonu “notebook”dan doldurmağa çalışaraq, adapteri yoxlayın.

Bu problem həm də telefonunuzun doldurulması zamanı istifadə etdiyiniz kabelin nasazlığından da yarana bilər. Başqa bir kabel sınayın.

Şarj konnektorunun tıxanması səbəbi ilə də problemin baş vermə ehtimalı da var. Bu vəziyyətdə konnektor təmizlənməlidir.

Problem yuxarıda göstərilən üsullarla həll edilmirsə, o zaman xidmət mərkəzinə müraciət edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 51774
avatar

Sevinc Fərid

Oxşar yazılar