“Samsung” iki ucuz  qatlanan smartfon   təqdim edəcək
07 aprel 2024 10:30 (UTC +04:00)

“Samsung” iki ucuz qatlanan smartfon təqdim edəcək

Cənubi Koreyanın “Samsung” korporasiyası elastik ekrana malik iki ucuz smartfonun buraxılışını hazırlayıb. 

Lent.az bildirir ki, Çinin “MyDrivers” nəşrinin jurnalistləri şirkətin planlarından xəbərdar olublar.

İnternetdə məlumat yayılıb ki, gələn yay “Samsung” bir anda iki ucuz qatlanan qurğu təqdim etməlidir. Birincisi Galaxy Z Fold FE smartfon-planşetidir, qatlanan zaman onun ölçüləri 155,1 x 67,1 x 14,2 millimetr olmalıdır. İkincisi, ölçüləri 165,2x71,9x6,9 millimetr olan Galaxy Z Flip FE qapağıdır.

İnsayderlər həmçinin bildiriblər ki, təqdim olunan ilk telefon satış bölgəsindən asılı olaraq Snapdragon və Exynos prosessorları ilə buraxılacaq. Daha ucuz Galaxy Z Flip FE Snapdragon 7s Gen 2 çipinə sahib olacaq.

Modellər həmçinin 256 və 512 qiqabaytlıq yaddaş tutumları ilə təchiz ediləcək. Galaxy Z Fold FE 12 və ya 16 qiqabayt operativ yaddaşa sahib olacaq, Galaxy Z Flip FE isə 8 qiqabaytlıq versiyada gələcək. Gələcək smartfonların qiyməti açıqlanmır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3966
avatar

Oxşar yazılar