Qədim orqanizmlər kəşf olundu
27 yanvar 2024 03:57 (UTC +04:00)

Qədim orqanizmlər kəşf olundu

Çin Elmlər Akademiyasının Nankin Geologiya və Paleontologiya İnstitutunun alimləri Çinin şimalında 1,63 milyard illik çoxhüceyrəli qalıqlar aşkar ediblər.

Lent.az xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan məqaləyə görə, bu, çoxhüceyrəli nüvəlilərin ən qədim kəşfidir.

Əvvəlki tədqiqatlar göstərirdi ki, qırmızı və yaşıl yosunlar, göbələklər kimi sadə çoxhüceyrəli nüvəli orqanizmlər təxminən 1,05 milyard il əvvəl yaranıb. Köhnə kəşflər hüceyrə quruluşunun olmaması səbəbindən mübahisəli idi.

Yeni kəşfə görə, “Qingshania magnifica” adlı çoxhüceyrəli fosillərin təxminən 1,635 milyon il yaşı var.

Əhəmiyyətli bir xüsusiyyət də bəzi hüceyrələrin yuvarlaq hüceyrədaxili quruluşlu olmasıdadır.

# 3690
avatar

Oxşar yazılar