Qatlana bilən OnePlus Fold digərlərindən nə ilə fərqlənəcək?
24 iyun 2023 09:42 (UTC +04:00)

Qatlana bilən OnePlus Fold digərlərindən nə ilə fərqlənəcək?

OnePlus şirkəti hal hazırda ilk qatlana bilən smartfonu üzərində çalışır və onun hazırlanmasının artıq son mərhələsindədir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün bundan öncə OnLeaks ləqəbli məşhur insayder OnePlus Fold-un ilk keyfiyyətli render fotolarını təqdim etmişdi. İndi isə insayderlər sözügedən smartfonun digərlərindən hansı özəlliklərə görə fərqlənəcəyindən danışıblar. Beləliklə onların sözlərinə əsasən OnePlus Fold öz rəqiblərini Hasselblad şirkətinin hazırlamış olduğu kamerası və səs keyfiyyəti ilə təəccübləndirəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon qara, yaşıl və qızılı gövdə rənglərində satışa çıxacaq. OnePlus şirkətinin ilk qatlana bilən smartrfonunun avqust ayında təqdim ediləcəyi gözlənilir.

# 1500
avatar

Oxşar yazılar