Qara dəlik ətrafında ən yüksək sürətlə dövr edən ULDUZ KƏŞF EDİLDİ
12 iyul 2022 17:21 (UTC +04:00)

Qara dəlik ətrafında ən yüksək sürətlə dövr edən ULDUZ KƏŞF EDİLDİ

Alman və çex alimlərdən ibarət olan qrup Süd Yolu qalaktikasının mərkəzində yerləşən qara dəliyin ətrafında rekord qısa zaman ərzində ən yüksək sürətlə dövr edən ulduzu kəşf edib.

Lent.az "technote"a istinadən xəbər verir ki, qalaktikamızın mərkəzində yerləşən Oxatan A* (Sagittarius A*) adlı qara dəliyin yaxınlığında ulduzlardan ibarət sıx qruplaşma mövcuddur. Alimlər o qruplaşmanı S ulduzlar qruplaşması adlandırırlar.

Bu qruplaşmada müxtəlif kütləyə və parlaqlıq səviyyəsinə sahib 100-dən çox ulduz var. Lakin bu qruplaşmaya daxil olan bütün ulduzlar inanılmaz sürətlə hərəkət edirlər. Alimlər tərəfindən aparılmış yeni tədqiqat onu göstərib ki, S4716 adlı ulduz sözügedən ulduz qruplaşmasına daxil olan digər ulduzlardan daha yüksək sürətə sahibdir.

# 3030
avatar

Oxşar yazılar