"Playstation" sevərlərə  yeni LAYİHƏ: Qiyməti açıqlandı
27 iyun 2023 09:43 (UTC +04:00)

"Playstation" sevərlərə yeni LAYİHƏ: Qiyməti açıqlandı

“Sony” oyunlarını portativ rejimdə oynamağa imkan verəcək “PlayStation 5” üçün aksesuar olan “Project Q” 300 dollara başa gələcək.

Lent.az xəbər verir ki, bu barədə “GameRant” məlumat yayıb.

“Project Q” DualSense nəzarətçisindən ekran eləcə də, düymələri olan cihazdır və oyunları oflayn idarə etmək üçün nəzərdə tutulmayıb. “Project Q” “PlayStation 5” ilə tandemdə işləmək üçün yaradılıb: portativ cihaz stasionar konsolda işləyən ekran oyunlarını oynayacaq.

“Project “Q” 2023-cü ilin yayında “PlayStation Showcase” çərçivəsində elan edilib.

“GameRant” yazır ki, “Project Q” üçün 300 dollar qiymət etiketi haqlıdır. Bununla belə, “PlayStation” pərəstişkarları yəqin ki, yenilikdən hələ də məyus olacaqlar. Çünki iddialara görə, o, dolu batareya ilə 3 saatdan 4 saata qədər işləyir.

“Project Q”nün buraxılışı 2023-cü ilin noyabrına planlaşdırılır. “GameRant”a görə, yeni məhsul haqqında daha çox məlumat yaxın aylarda mediada görünməlidir.

# 2529
avatar

Oxşar yazılar