Plastik materialları 1 saata reaktiv yanacağa çevirən TEXNOLOGİYA
23 may 2021 01:14 (UTC +04:00)

Plastik materialları 1 saata reaktiv yanacağa çevirən TEXNOLOGİYA

Vaşinqton Dövlət Universitetinin tədqiqatçıları plastik materialların reaktiv yanacaq tərkibinə və digər dəyərli məhsullara çevrilməsi üzrə innovasiyalı üsul yaradıblar. 

Lent.az xəbər verir ki, yaradılmış yeni üsul plastik materialın təkrar istifadəsini sadələşdirir və iqtisadi cəhətdən daha sərfəli edir. 

Beləliklə, alimlər orta temperaturların təsiri ilə 1 saat ərzində plastik materialın 90%-ni reaktiv yanacağa və digər dəyərli karbohidrogen məhsullara çevirə biliblər. 

Proses zamanı temperatur 220 dərəcəni keçməyib. Bu proses iqtisadi baxımdan digərlərindən daha sərfəlidir. Belə ki, əvvəllər bu cür proses üçün 500 dərəcə temperatur lazım idi.

Qeyd edək ki, plastik tullantılar ekoloji böhrana səbəb olmaqla yanaşı, insan həyatı üçün də ciddi təhlükəyə çevrilib. Adətən plastik materiallar əridilir və əridilmiş materialdan yenidən plastik hazırlanır. Bu proses isə onun ekoloji dəyərini aşağı salır. Bundan əlavə olaraq bu cür plastik materialların digər qida məhsullarında istifadə keyfiyyətləri aşağı düşür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3792
avatar

Oxşar yazılar