Orbitə bir dəfəyə 53 peyk qaldırıldı
17 iyul 2022 20:25 (UTC +04:00)

Orbitə bir dəfəyə 53 peyk qaldırıldı

ABŞ-ın “SpaceX” şirkəti internet xidmətini təkmilləşdirmək üçün yerətrafı orbitə 53 mini peyk qaldırıb. 

Lent.az-ın xəbərinə görə, buraxılış ABŞ-ın Florida ştatındakı Kanaveral burnundan həyata keçirilib. “Falcon-9” raketinin startından 15 dəqiqə sonra şirkət peyklərin orbitdə yer aldığını bildirib. 

“SpaceX” şirkəti “Starlink” internet şəbəkəsi üçün son 3 ildə 2600-dən çox peyki orbitə qaldırıb.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3540
avatar

Oxşar yazılar