NSA-dan tövsiyə: Telefonunuzu həftədə 1 dəfə söndürüb yandırın
24 oktyabr 2024 02:32 (UTC +04:00)

NSA-dan tövsiyə: Telefonunuzu həftədə 1 dəfə söndürüb yandırın

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) smartfon istifadəçilərinə ən azı həftədə bir dəfə cihazlarını yenidən işə salmağı tövsiyə edib.

Lent.az xəbər verir ki, agentlik telefonu söndürüb yandırmağın istifadəçinin qarşılıqlı əlaqəsi olmadan baş verən təhlükəli kiberhücumların qarşısını almağa kömək edə biləcəyini açıqlayıb.

2020-ci ildə nəşr olunan mobil cihaz təhlükəsizlik təlimatında həftəlik yenidən yükləmənin vacibliyi vurğulanır, həmçinin güclü parollardan istifadə, biometrik mühafizənin aktivləşdirilməsi və proqram təminatının mütəmadi olaraq yenilənməsi kimi əsas təhlükəsizlik tədbirləri tövsiyə olunur.

NSA qeyd edir ki, mütəmadi olaraq yenidən işə salınan telefonlar bəzi hücumlarından qoruna bilər.

Telefonunuzu yenidən başlatmaq arxa planda işləyən proqramları və prosesləri bağlayır ki, bu da cihazınızı daha təhlükəsiz edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3564
avatar

Oxşar yazılar