“Meta” şirkəti şəxsi mesajları “Netflix” ilə paylaşdı   - İstifadəçilər narazıdır
03 aprel 2024 19:39 (UTC +04:00)

“Meta” şirkəti şəxsi mesajları “Netflix” ilə paylaşdı - İstifadəçilər narazıdır

“Facebook” və “Instagram”ın sahibi “Meta”nın istifadəçilərinin şəxsi mesajlarını “Netflix” ilə paylaşması iddiası sosial mediada reaksiyalara səbəb olub.

Lent.az “Fox Business”a istinadən xəbər verir ki, ABŞ-da iki nəfərin “Meta”ya qarşı açdığı və martın sonunda ortaya çıxan iddia sənədlərində Metanın təxminən 10 ildir "Facebook" istifadəçilərinin şəxsi mesajlarına "Netflix"ə giriş imkanı verdiyi iddia edilib.

"Meta"nın Netflix ilə bir neçə yüz milyon dollarlıq sövdələşmə etdiyini bildirən sənədlər sosial mediada yayılıb. Bununla da "Facebook" istifadəçilərinin mesajlarının "Netflix" ilə paylaşılması reaksiyaya səbəb olub.

"Tesla" və "SpaceX"in CEO-su İlon Mask da sosial media platforması "X"də mövzu ilə bağlı bir yazıya cavab verərək təəccübünü ifadə edib.

"Facebook"un Messenger vasitəsilə "Netflix"ə göndərilən mesajları satmasına reaksiya olaraq bir sosial media istifadəçisi "Meta mənfəət üçün gözünü qırpmadan məlumatlarınızı satır" deyib.

"Meta"nın Kommunikasiya Direktoru Andy Stone "X"dən verdiyi açıqlamada şəxsi mesajların "Netflix" ilə paylaşılmadığını bildirib.

Stoun, "Netflix" və "Meta" arasındakı razılaşmanın insanların izlədikləri istehsalları birbaşa "Netflix" tətbiqi vasitəsilə "Facebook" dostları ilə paylaşmalarına imkan verdiyini və bu cür razılaşmaların sənayedə çox olduğunu ifadə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4788
avatar

Sevinc Fərid

Oxşar yazılar