Kosmik turizmin qiymətləri 3 dəfə aşağı salınır?
24 iyun 2023 14:06 (UTC +04:00)

Kosmik turizmin qiymətləri 3 dəfə aşağı salınır?

Kosmik turizm hələ ki, imkanlı və məşhur şəxslərin iştirak edə biləcəkləri bir sahədir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kosmosa uçuş biletlərinin qiymətləri 10 milyonlarla dollar, suborbital uçuşlar üçün olan biletlərin qiymətləri isə 300 00-500 000$ təşkil edir. Çin öz növbəsində insanları kosmosa təyyarə bileti qiyməti qarşılığında göndərəcəyinə söz verməsə də, qiymətin 1 milyon yuana (təqribi olaraq 140 000$) endirməyə çalışacağını elan edib. Bu cür qiymət göstəricisi vasitəsilə kosmik turizm il ərzində 10 minlərlə insanı özünə cəlb edə bilər.

Pekində kommersiya kosmonavtikasının inkişafı üzrə keçirilmiş konfransda kosmik turizm layihəsinin reallaşdırılmasının vacibliyi qeyd edilib. Çinin kosmik turizm layihəsinə Kosmik Daşınmanın və Kosmik Mühitdən İstifadənin Birgə İnkişaf Mərkəzi rəhbərlik edəcək. Sözügedən layihənin inkişafı Çinin son onilliklərdə idarə olunan kosmonavtika sahəsində nailiyyətləri hesabına mümkün olub. İlk çinli kosmonavtın kosmosa göndərilməsi 2003-cü ildə mümkün oldu. Söhbət, Shenzou 5 adlı raket vasitəsilə kosmosa göndərilmiş Yang Liwei adlı kosmonavtdan gedir. Həmin müddətə kimi isə Dennis Tito adlı milyoner artıq BKS-ə (Beynəlxalq Kosmik Stansiya) turist kimi yollanmışdı.

Kosmik uçuşda iştirak edəcək heyətin dəqiq şəkildə seçilməsi və hazırlığı kosmik turizm sahəsini bir xeyli şəkildə ləngidən faktorlardan biridir. Bura həmçinin bəzi maliyyə və texniki faktorlar da daxildir. Lakin verilmiş məlumata əsasən buna baxmayaraq kosmik turizm sahəsinin inkişafında irəliləyiş var. Kosmonavtların məşqçisi kimi fəaliyyət göstərən Lee Qinglong-un fikrincə Çin yaxın 5-10 il ərzində artıq kosmik turistləri suborbital uçuşa göndərə biləcək. Hal hazırda kosmik turizm sahəsi mülki aviasiya sahəsinin ilk inkişaf mərhələsində olduğu vəziyyətdədir. Texnologiyaların tədricən inkişaf etməsi uçuş biletlərinin qiymətini potensial olaraq 1 milyon yuana endirilməsinə imkan verə bilər. Bu halda kosmik turizmdən daha çox insan faydalana biləcək.

# 3009
avatar

Oxşar yazılar