“iPhone 16”nın   ilkin xüsusiyyətləri ortaya çıxdı
07 iyun 2023 15:56 (UTC +04:00)

“iPhone 16”nın ilkin xüsusiyyətləri ortaya çıxdı

“Apple” şirkətinə məxsus “iPhone 16”nın ilkin xüsusiyyətləri ortaya çıxıb. 

Lent.az xəbər verir ki,  “iPhone 16 Pro” və “16 Pro Max” modelləri daha böyük ekranlara sahib olacaq. 

“Apple” 2024-cü ilə planlaşdırılan gələcək telefonların ölçüsünü böyüdəcək. Belə ki, “iPhone 16 Pro” və “16 Pro Max” modellərinin ekranlarının 6,2 və 6,8 düymədək artacağı gözlənilir.

Displeylərin aspekt nisbəti də dəyişəcək, bu da 20:9 və ya 20,5:9 olacaq. Hazırkı “iPhone 14 Pro” və “14 Pro Max” cihazlarının ekran ölçüləri müvafiq olaraq 6,1 və 6,7 düym, tərəf nisbəti 16:9 təşkil edir.

Bundan əlavə, Apple smartfonlarının əsas modellərinin ilk xüsusiyyətlərini açıqlanıb. 

Bildirilir ki, 2023-cü ildə Amerika brendinin bütün telefon modelləri “Dynamic Island” ekran kəsimi alacaq, 2025-ci ildə şərti “iPhone 17” və “17 Plus” LTPO displeyinə sahib olacaq, 2027-ci ildə buraxılış qurğuları “Face ID sensoru ilə təchiz ediləcək. 

Eyni zamanda, Pro modelləri yeniləməni daha əvvəl alacaq. Həmçinin, Apple”ın 2025-ci ildə təqdim edəcəyi “iPhone 17 Pro” və “17 Pro Max” modellərində ekranaltı Face ID biometrik sensorunu təqdim edəcəyini açıqlanıb.
 

# 3027
avatar

Sevinc Fərid

Oxşar yazılar