“iOS 17”də hansı yeni funksiya  olacaq?
23 iyun 2023 17:11 (UTC +04:00)

“iOS 17”də hansı yeni funksiya olacaq?

“Apple” cihazları üçün “iOS 17” yeniləməsi gələcək. 

Lent.az xəbər verir ki, bu yeniləmə ilə bir sıra yeni funksiyalar da tətbiq ediləcək.

Əvvəllər kilid kodunu unudan zaman istifadəçilər məlumatın itirilməsinə gətirib çıxaran sistemin tam sıfırlanması ilə üzləşirdilər.  

Məlumata görə, yeni smartfon parolunu unudanlar köhnəsini 72 saat ərzində qaytara biləcəklər.

Yeni OS-də səhv kombinasiya daxil edərkən "Şifrənizi unutmusunuz?" düyməsini sıxmaq lazımdır. Bundan sonra ekranda "Parolunuzu sıfırlamağa cəhd edin" seçimi görünür. Seçim seçsəniz, keçmiş parolu daxil edə bilərsiniz.

Sistemdə əvvəlki parolun 72 saatlıq qüvvədə olma müddətini sıfırlamağa imkan verən xüsusi düymə də var.

# 1899
avatar

Sevinc Fərid

Oxşar yazılar