İnstagramı süni zəka idarə edəcək:  Hansı yeniliklər olacaq?
30 sentyabr 2023 13:30 (UTC +04:00)

İnstagramı süni zəka idarə edəcək: Hansı yeniliklər olacaq?

İnstaqrama süni intellekt gəlir. Tezliklə fotolar süni intellektlə redaktə olunacaq.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, instagram iki yeni funksiya ilə süni intellekti inteqrasiya etməyə hazırlaşır. Restyle və Backdrop adlanan bu proqramlar şəkilləri redaktə etmək, eləcə də stikerlər yaratmaq üçün istifadə olunacaq.

Bununla da, tezliklə istifadəçilər süni intellekt vasitəsi ilə öz fotolarını redaktə edə biləcəklər. Fotoşəkillər dəyişdirilə və fon yönümlü proqramlaşdırma edilə biləcək.

Şəkillər vizual üslublar tətbiq edilərək yenidən dizayn edilərkən, akvarel və ya qəzetlərdən kollaj, cırıq kənarlar kimi əməliyyatlar da edilə biləcək.

# 2922
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar