“Instagram”dan YENİLİK:   Videoları yükləmək olacaq
24 iyun 2023 12:31 (UTC +04:00)

“Instagram”dan YENİLİK: Videoları yükləmək olacaq

Son vaxtlar rəqibi “TikTok”un funksiyalarına oxşar özəlliklərləri ilə gündəmə gələn “Instagram” daha bir yenilik əlavə edib. 

Lent.az xəbər verir ki, “Instagram” artıq videoları endirmək funksiyası olacaq. Əvvəl bunun üçün xüsusi proqram lazım idi. İndi isə tətbiqin özünə bu bölüm əlavə olunacaq. 

“Instagram”ın baş direktoru Adam Mosserinin sözlərinə görə, insanların çox  tələb etdiyi üçün  video yükləmə funksiyasını aktivləşdirib. O, bildirib ki, videolarının yüklənməsini istəməyənlər öz “Reels”lərinin endirilməsini söndürmək imkanına da malik olacaqlar. 

Videoları cihaza yükləmək üçün sadəcə tətbiqdəki “Paylaş” ikonasına toxunub “Yüklə” düyməsini seçə bilərsiniz. 


 

# 2193
avatar

Sevinc Fərid

Oxşar yazılar