İnsanlar ən çox hansı “iPhone”ları bəyənirlər?
28 oktyabr 2024 14:17 (UTC +04:00)

İnsanlar ən çox hansı “iPhone”ları bəyənirlər?

Hazırda dünyada smartfon bazarında ən sevilən qadcetlər “Apple”a məxsusdur. 

Lent.az xəbər verir ki, bununla bağlı olaraq insanların ən çox sevdiyi “iPhone” modellərini açıqlayıblar. 

Siyahıda lider 4 yaşlı “iPhone 12 mini” olub, o, 95,88 faizdən yüksək rəy alıb. Çox güman ki, insanlar cihazı yığcamlığı, 5,4 düymlük ekranı və nisbətən güclü aparatı ilə bəyənirlər. Əslində, bu eyni “iPhone 12” kimidir. Yalnız daha yığcam korpusda və daha ucuzdur.

İkinci yerdə 2020-ci ildə buraxılmış daha bir kompakt model olan “iPhone SE 2” qərarlaşıb. Onun daha yığcam olduğu ortaya çıxıb. Ekranın diaqonalı cəmi 4,7 düymdür. Ancaq A13 Bionic prosessoru çox uğurlu olub və bu gün də aktualdır.

“Apple” cihazları siyahısında şəksiz lider 12,9 düymlük ekrana malik “iPad Pro 2”dir. Qabaqcıl planşet yeddi il əvvəl buraxılıb. Ancaq istifadəçilər ondan istifadə etməyə davam edirlər. Ondan sonra 10,5 düymlük ekrana malik “iPad Pro 2” və “iPad Air 4” gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507
avatar

Sevinc Fərid

Oxşar yazılar