İlon Maska görə “Twitter”i bu qədər insan  TƏRK ETDİ
04 noyabr 2022 18:42 (UTC +04:00)

İlon Maska görə “Twitter”i bu qədər insan TƏRK ETDİ

Milyarder İlon Mask “Twitter”i aldıqdan sonra bir milyona yaxın istifadəçi itirib.

Lent.az xəbər verir ki, bu barədə “MIT Technology Review”  jurnalı məlumat yayıb.

Məlumata görə, oktyabrın 27-dən noyabrın 1-dək təxminən 877 min insan “Twitter”i tərk edib. Bu iki gün ərzində isə daha 497 min istifadəçi hesablarını silib.

“Bot Sentinel” şirkətinin təsisçisi Kristofer Buzi İlon Maskın “Twitter”i almasının xoş qarşılanmadığını bildirib:

“Artıq deaktiv edilmiş profillərin sayı günü-gündən artır. Çünki insanlar İlon Maskın “Twitter”i almasından narazıdırlar. Onlar etiraz əlaməti olaraq hesablarını bağlayırlar”,- o qeyd edib.

Qeyd edək ki, İlon Mask aktiv olmayan və yalan məlumat yayan hesabları siləcəyini bildirib. O, sosial şəbəkədə bir sıra dəyişikliklərin tətbiq olunacağını və bu yeniliklərin birbaşa istifadəçilərə təsir edəcəyini deyib. “Twitter”də mavi təsdiq nişanı olan hesablar hər ay 8 dollar dəyərində ödəniş də etməlidir. Əks təqdirdə istifadəçilərin təsdiq nişanı silinəcək.

Bununla yanaşı, Mask “Twitter”in işçi heyətində də müəyyən dəyişikliklər edib. Şirkət işçilərinin yarısı işdən çıxarılıb. Digər yarısına isə onlayn işləmək qadağan edilib.

# 3588
avatar

Sevinc Fərid

Oxşar yazılar