“Honor Magic V4” ün ikinci rübdə satışa çıxması gözlənilir
24 fevral 2025 04:22 (UTC +04:00)

“Honor Magic V4”ün ikinci rübdə satışa çıxması gözlənilir

“Honor”un yeni qatlana bilən telefonu “Magic V4” mayın sonu və ya iyunun əvvəlində satışa çıxa bilər.

Lent.az xəbər verir ki, “Snapdragon 8 Elite” prosessoru və 6.000 mAh batareya kimi xüsusiyyətlərə sahib olması gözlənilən telefon, incə dizaynı ilə də diqqət çəkə bilər.

Qeyd edək ki, “Honor”un əvvəlki qatlana bilən telefonu “Magic V3” incəliyi ilə seçilirdi. “Magic V4”ün də incə dizayna sahib olacağı və hətta "ən incə qatlana bilən telefon" adını “Oppo Find N5”-dən geri alacağı gözlənilir.

“Magic V4” ilə yanaşı, “Honor”un “Magic V Flip 2” adlı başqa bir qatlana bilən telefonu da təqdim edəcəyi gözlənilir. “Magic V Flip 2”nin 2025-ci ilin birinci yarısında Çində də təqdim edilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214

Oxşar yazılar