Honor indiyə qədər  ən dözümlü smartfonunu  təqdim etdi
08 noyabr 2024 04:09 (UTC +04:00)

Honor indiyə qədər ən dözümlü smartfonunu təqdim etdi

Honor şirkəti bu günə qədər özünün ən dözümlü smartfonu olan X9c 5G-ni təqdim edib.

Lent.az xəbər verir ki, zərbəyə, suya və həddindən artıq istiyə dözümlü olan bu cihaz davamlılığı ilə seçilir.

Honor orta seqmentdə iddialı bir modellə gündəmə gəlib. Ən davamlı smartfon adını alan X9b, X9c 5G yuxarıda sayılan hallara qarşı çox dözümlüdür.

2 metrə qədər düşmə müqavimətinə malik olan cihaz IP65M sertifikatı ilə sıçramalara qarşı da mühafizə olunur.

Cihaz -30°C ilə +55°C arası temperaturda rahat işləyərək hətta sərt şəraitdə də istifadəçilərini ruhdan salmır.

“Qualcomm Snapdragon 6 Gen 1” prosessoru, 8/256 GB, 12/256 GB və ya 12/512 GB yaddaş variantları və 108 meqapiksellik əsas kamera ilə ikili kamera quraşdırması ilə təchiz edilmiş cihaz performans və foto keyfiyyət baxımından da iddialıdır. .

6,78 düymlük AMOLED ekran 120 Hz yeniləmə tezliyi və 4000 nits pik parlaqlığı ilə təsirli baxış təcrübəsi təqdim edir.

6600 mAh batareya 66 Vt sürətli şarj dəstəyi ilə uzunmüddətli istifadəni təmin edir.

Bir neçə rəngdə təklif olunan cihazı 300-350 dollar arasında dəyişən qiymətlərlə əvvəlcədən sifariş etmək mümkün olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11280
avatar

Oxşar yazılar