Həkim “iPhone 13 Pro Max”la xəstələrini müayinə etdi - FOTO
02 oktyabr 2021 18:39 (UTC +04:00)

Həkim “iPhone 13 Pro Max”la xəstələrini müayinə etdi - FOTO

Tommy Korn adlı oftalmoloq yeni aldığı “iPhone 13 Pro Max” modeli ilə xəstələrini müayinə edib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, “iPhone 13 Pro Max” modelinin ultra geniş kamerası sayəsində fokus uzunluğu ən az 2 sm olan obyektləri böyüdə bilər.

Yəni bu rejim sayəsində ən xırda detalları belə görmək mümkündür.

Həkim Tommi Korn “iPhone 13 Pro Max”la müayinə etdiyi gözün fotoşəkillərii sosial media hesabından paylaşıb.

# 5988
avatar

Nigar Adil

Oxşar yazılar