“Google” şirkəti yeni eynək üzərində işləyir
03 yanvar 2022 17:43 (UTC +04:00)

“Google” şirkəti yeni eynək üzərində işləyir

“The New York Times” nəşri böyük texnoloji şirkətlərin hazırladıqları AR (Artırılmış Reallıq) məhsullar ilə bağlı məqalə dərc edib. 

Lent.az “technote”a istinadən xəbər verir ki, son zamanlarda “Apple” şirkətinin ilk AR cihazı barəsində çoxlu sayda məlumat ortaya çıxır. Lakin “The New York Times”ın verdiyi məlumata əsasən, “Google” şirkəti də bu cür cihaz üzərində çalışır. 

Dərc edilmiş məqalədə “Google” şirkətinin AR cihazının texniki özəllikləri barəsində məlumat verilməyib. Lakin hazırlanan AR cihaz Kanadanın “North” adlı şirkətinin AR eynəklər seriyasının davamçısı olacaq. 

Qeyd edək ki, 2020-ci ilin iyun ayında “Google” sözügedən şirkəti almışdı. Hər iki şirkət arasında müqavilənin bağlanmasından bir neçə müddət əvvəl “North şirkəti Focals 2.0” adlı smart eynəyinin təqdimatını planlaşdırırdı.

Həmin smart eynək holoqrafik proyektor ilə təchiz olunmalı və hava proqnozu, bildirişlər, təqvimdə qeyd edilmiş tapşırıqlar kimi məlumatları əks etdirməli idi. Çox güman ki, “Google” şirkətinin yeni AR eynəyi təqdim edilməmiş “Focals 2.0” cihazının inkişaf etdirilmiş versiyası olacaq. 

Ehtimal olunur ki, yeni AR eynək “Google Glass” modellərindən fərqli olaraq geniş istifadəçi kütləsi üçün nəzərdə tutulacaq. 

Sözügedən cihazın nə zaman təqdim olunacağı bilinmir. Lakin “Apple” şirkətinin ilk AR cihazının artıq bu ilin payız fəslində təqdim ediləcəyi şayiələrinin yayılmasını nəzərə alsaq, ”Google” öz yeni AR eynəyinin təqdimatını gecikdirməyəcək.
 

# 4158
avatar

Oxşar yazılar