“Facebook” , "İnstagram"  və "WhatsApp"  -  Bütün platformalar birləşəcək
01 oktyabr 2021 09:35 (UTC +04:00)

“Facebook”, "İnstagram""WhatsApp" - Bütün platformalar birləşəcək

 “Facebook” gələcəkdə bütün platformaları birləşdirəcək.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, “Facebook”, “İnstagram” və “WhatsApp”ın  çat bölməsi birləşdirilir.

Bu üç platforma öz daxilində bir mesajlaşma xüsusiyyətinə sahib olunacaq.

Belə ki, “İnstagram”dan ayrılmadan dostlarla “Facebook” və “WhatsApp” üzərindən də danışmaq mümkün olacaq.

Mesajlaşma baxımından “İnstagram” və “Facebook”u birləşdirmək çətin deyil. “WhatsApp”ın tətbiqi isə telefon nömrəsi ilə mümkündür. Nömrənizlə “Facebook” və ya “İnstagram” da nömrənizlə qeydiyyatdan keçmisinizsə, “WhatsApp”la da əlaqə saxlaya bilərsiniz.  

 

# 5721
avatar

Nigar Adil

Oxşar yazılar