Ən çox radiasiya yayan smartfonlar – ŞOK SİYAHI
28 aprel 2022 19:29 (UTC +04:00)

Ən çox radiasiya yayan smartfonlar – ŞOK SİYAHI

Almaniyanın Radiasiyadan Mühafizə üzrə Federal İdarəsinin mütəxəssisləri müasir smartfonları tədqiq etdikdən sonra ən təhlükəli smartfonların siyahısını tərtib ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, radiasiya telefonla danışarkən, hətta telefon cibimizdə və ya əlimizdə olanda belə bizə təsir edə bilir.

Hər kiloqram üçün 2 vatt doza zərərli radiasiya diapazonunun başlanğıcı hesab edilir. 

Tədqiqatçılar Rumıniyanın məşhur mobil brendlərindən sayılan “Allview – P7 Pro” smartfonunun daha çox radiasiya yaydığını qeyd ediblər.

Məşhur “Motorola Edge” isə bu siyaıda ikinci olub.

Beləliklə, daha çox radiasiya yayan müasir smartfonların ilk beşliyini təqdim edirik:

1. “Allview - P7 Pro” – (1,82 Vt/kq)

2. “Motorola Edge” – (1,79 Vt/kq)

3. “Allview - X4 Soul” – (1.65 Vt/kq)

4. “Wiko - JERRY3” – (1.61 Vt/kq)

5. “ZTE - Axon 11 5G” – (1.59 Vt/kq)

Qeyd edək ki, “iPhone 13” (0,99 Vt/kq) və “Samsung Galaxy S21 Ultra” (0,71 Vt/kq) da radiasiyaya malik smartfonlar arasında yer alıb. 
 

# 4041
avatar

Rəsul SARI

Oxşar yazılar