Dünyanın ən ucuz oyun   smartfonu buraxıldı - FOTO
24 iyun 2023 11:30 (UTC +04:00)

Dünyanın ən ucuz oyun smartfonu buraxıldı - FOTO

Dünyanın qiyməti ən ucuz olan oyun smartfonu buraxılıb. 

Lent.az xəbər verir ki, qiyməti 199 dollar olan cihaz 120Hz displey və virtual RAM ilə 8 GB RAM ilə təchiz edilib.

“ZTE” şirkəti “Nubia” brendi altında yeni smartfon - Nubia Neo 5G təqdim edib. Məlumata görə, bu telefon rəqiblərin adi modellərindən xeyli ucuz olsa da, oyun qurğusu kimi çox keyfiyyətlidir.

Yenilik ilk növbədə arxa qapağın çox cəlbedici və qeyri-adi dizaynı ilə, ikincisi isə hələ də smartfonlarda tapılmayan çox nadir “Unisoc T820” prosessoru ilə seçilir. 

Bu, daha bahalı oyun smartfonlarında “Qualcomm” və “MediaTek”dən nəzərəçarpacaq dərəcədə aşağı olmasına baxmayaraq, bu günə qədər ən güclü “Unisoc” həllidir.

Təkcə dizayn deyil, həm də oyunlarda lazım olan komponentlər “Neo 5G”nin oyun mənsubiyyətini göstərir. Qurğu 120 Hz displey və virtual RAM funksiyalı 8 GB RAM ilə təchiz olunub. Çox qatlı istilik yayma sistemi də mövcuddur.

Qalan parametrlərə gəlincə, Neo 5G 22 vatt doldurma ilə 4500 mAh batareya, 256 GB sürücü və 50 meqapiksellik qoşa kameraya malikdir. Güc düyməsinin daxili barmaq izi oxuyucusu var. Daxili dinamiklər DTS:X Ultra səs effektləri ilə tamamlanır.

Bu smartfonu Taylandda cəmi 199 dollara ala bilərsiniz. Hazırda hələ ki, “AliExpress”də satışı yoxdur. Bunun bir xeyli vaxt tələb edəcəyi deyilir.

# 2025
avatar

Sevinc Fərid

Oxşar yazılar