Daha ucuz başa gələn yeni akkumulyatorlar: 60 DƏFƏ SÜRƏTLİ...  
26 may 2021 20:15 (UTC +04:00)

Daha ucuz başa gələn yeni akkumulyatorlar: 60 DƏFƏ SÜRƏTLİ...  

Avstraliyanın “Graphene Manufacturing Group” (GMG) şirkəti tərəfindən alüminium və qrafendən hazırlanmış akkumulyatorlar litium-ion əsaslı akkumulyatorlardan 60 dəfə daha sürətli enerji toplayırlar.

Lent.az xəbər verir ki, yeni akkumulyatorların əsas üstünlüyü onların istehsalının daha ucuz başa gəlməsi, nadir tapılan metallardan istifadə edilməməsi, yanmaması, olduqca böyük cərəyana və geniş işçi temperatur diapazonuna dayanıqlı olmasıdır.

Şirkət rəsmilərinin məlumatına görə, 2024-cü ildən bu akkumulyatorların istehsalına başlamaq planlaşdırılır./ictnews
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3810
avatar

Oxşar yazılar