Çin kosmos turzminə start verdi - 140 min dollara 12 dəqiqəlik səyahət
27 oktyabr 2024 05:28 (UTC +04:00)

Çin kosmos turzminə start verdi - 140 min dollara 12 dəqiqəlik səyahət

Çin kosmik turizm sektorunda iddialı addım atıb.

Lent.az xəbər verir ki, ölkə 140 min dollara 12 dəqiqəlik kosmosa səyahət təklif etməyi planlaşdırır.

Çinin bu addımı kosmosa səyahətin gündən-günə populyarlaşmasına və bu sahədə yeni bazarın yaranmasına səbəb ola bilər.

Çinin dövlət tərəfindən idarə olunan “Global Times” qəzetinə görə, “Deep Blue Aerospace” tərəfindən 2027-ci ildə buraxılacaq kosmik gəmi ilə kosmosun kənarına təxminən 12 dəqiqəlik səyahət üçün qiyməti 1 milyon yuan (təxminən 140 min dollar) olan biletlər artıq satılıb.

Çinin Taobao alış-veriş platformasında yayımı təqribən 3 milyon insan izləyib və ilk dəfə bir Çin şirkəti açıq satış üçün kosmik turizm biletlərini təklif edib. Bilet alanların kimliyi açıqlanmayıb.

“Deep Blue Aerospace”, Çinin ABŞ-la yanaşı dominant bir kosmik güc olmaq üçün yarışdığı bir vaxtda, Amerika firması “SpaceX”in “Starlink”ə rəqib olmaq üçün peyk stansiyalarının qurulmasını ehtiva edən Pekinin iddialı kosmik planlarını gücləndirmək üçün raketlər hazırlayan Çinin kosmik şirkətidir.

“Deep Blue Aerospace”in təkrar istifadə edilə bilən “Nebula-1” raketi ilə səyahətə gedəcək şirkətin CEO-su və digər beş nəfəri üç il ərzində kosmosa aparacağı planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1458
avatar

Oxşar yazılar