Türkiyənin “Baykar Makina” şirkəti tərəfindən istehsal olunan “Bayraktar Kızılelma”nın yeni mühərrikinin işə salınmasının görüntüləri yayılıb.
Lent.az xəbər verir ki, bundan əvvəl insansız reaktiv təyyarə olan “Kızılelma” Ukraynadan alınmış AI-25 mühərriki ilə təchiz olunmuşdur.
Video görüntüdə təyyarəyə inteqrasiya edilən yeni mühərrik isə AI-322F mühərrikidir. Bu mühərriklə təyyarənin daha çox yük götürəcəyi və daha sürətli olacağı bildirilir.