NASA ABŞ-ın Energetika Nazirliyinin “Aydaho Milli” laboratoriyası ilə birlikdə Ayda Atom Elektrik Stansiyasının (AES) inşası ideyasını açıqlayıb
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, AES-in Yerin peykində yaradılmasında məqsəd Ayda mövcud olacaq bazanın daimi enerji ilə təmin olunmasına şərait yaradmaqdır.
Sözügedən AES-in əvvəlcə Yerdə inşa edilməsi, sonra isə Aya çatdırılması planlaşdırılır. Stansiyasının energetik sisteminə uran vasitəsilə çalışan reaktor nüvəsi, istiliyi enerjiyə çevirən sistem, reaktorun qızmasının qarşısını almaq üçün idarə olunan istilik rejimi sistemi və enerjinin paylanması sistemi daxil olacaq.
AES-in gücü 40 kilovatdan az, istifadə müddət isə 10 ildən aşağı olmamalıdır. Stansiya bir sıra unikallığı ilə fərqlənəcək. Məsələn, insanların iştirakları olmadan uzaqdan aktiv və deaktiv edilə biləcək.
Reaktorun Yerdən Aya göndərilməsi üçün o, diametri 4 metr, uzunluğu isə 6 metr olan xüsusi silindrin daxilinə yerləşdirilməlidir. Reaktorun çəkisi 6 tondan çox olmamalıdır. Elan edilmiş bu proqram çərçivəsində ideyalar gələn il fevralın 19-na kimi qbul ediləcək.
Stansiyasının inşası isə 2030-cu ilə kimi yekunlaşdırılacağı bildirilib.