“Apple”in yaradıcısının qızı  “iPhone 14”ü  məsxərəyə qoydu
13 sentyabr 2022 10:00 (UTC +04:00)

“Apple”in yaradıcısının qızı “iPhone 14”ü məsxərəyə qoydu

“Apple”ın qurucusu Stiv Cobsun qızı Eve Cobs sosial şəbəkədə  “iPhone 14”-ü məsxərəyə qoyub. 

Lent.az xəbər verir ki, Eve şəxsi "Instagram" səhifəsində “iPhone 14”-ü “iPhone 13”ə bənzədiyini iddia edən istehzalı paylaşım edib. 

O, paylaşımına “Apple-"n təqdimatından sonra “iPhone 13”dən “iPhone 14”ə keçərkən mən” şərhini yazıb. 

Stivin qızının bu addımı sosial şəbəkələrdə gündəm olub. İstifadəçilər ona dəstək olaraq oxşar fikirlər bildiriblər.  

Həmin paylaşımı təqdim edirik: 


 

# 4887
avatar

Sevinc Fərid

Oxşar yazılar