“Apple”dan bir ilk: “iPhone 16” modellərinin istehsal yeri dəyişdi
09 oktyabr 2024 02:00 (UTC +04:00)

“Apple”dan bir ilk: “iPhone 16” modellərinin istehsal yeri dəyişdi

“Apple” şirkəti Hindistanda istehsalını genişləndirməyə davam edir.

Lent.az xəbər verir ki, şirkətin “iPhone 16” modelləri ilk dəfə Hindistanda istehsal olunub.

“Apple” smartfon istehsalında mühüm addım ataraq ilk dəfə Hindistanda “iPhone 16 Pro” və “Pro Max” modellərinin istehsalına başlayıb.

Mütəxəssislər “Apple”ın 2024-cü ildə Hindistanda 12-12,5 milyon “iPhone” satacağını gözləyir.

Bu rəqəm 2023-cü illə müqayisədə təxminən 25 faiz artım deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 345
avatar

Oxşar yazılar