“Mobidictum”un keçirdiyi sorğunun nəticələrinə görə, analar mobil telefonlardan daha çox oyun oynamaq üçün istifadə edir.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, 50 yaşdan aşağı analar istirahət etmək və əylənmək üçün oyun oynadıqlarını etiraf ediblər.
Sorğuda iştirak edən anaların 87,1% -i ağıllı telefonlarda oyunlar oynadıqlarını söyləyib.
Onlardan 51,8% -i nahar fasilələrində, 41,9% -i televizor izləyəndə, 41,5% -i yatmazdan əvvəl oyun oynadıqlarını bildiriblər.