Alimlər protez əlləri düşüncə gücü ilə   hərəkət etdirdilər
23 oktyabr 2024 02:46 (UTC +04:00)

Alimlər protez əlləri düşüncə gücü ilə hərəkət etdirdilər

Alman Primat Mərkəzinin nevroloqları beyin-kompüter interfeysləri (BCI) ilə protez əlləri idarə etməyə imkan verəcək yeni protokol hazırlayıblar.

Lent.az xəbər verir ki, alimlər yeni texnoloji kəşflərlə vətəndaşların həyatını asanlaşdırmağa davam edir.

Bu dəfə Almaniya alimləri yeni araşdırma aparıblar. Tədqiqat Makaka mulatta növündən olan meymunlar üzərində aparılıb.

Bu yeni üsul, protez əllərin beyin siqnallarından və yalnız düşüncə gücündən istifadə edərək daha dəqiq şəkildə hərəkət etdirilməsinin mümkün olduğunu üzə çıxarıb.

Tədqiqatçılar bu təcrübədə beyindəki əllərin mövqelərini idarə edən siqnalların əl hərəkətlərinin sürətini idarə edən siqnallardan daha əhəmiyyətli olduğunu kəşf ediblər.

Bu ixtira iflic olan xəstələr üçün hazırlanmış neyroprotezlərin incə motor bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm addım hesab olunur.

Tədqiqat çərçivəsində meymunlara virtual reallıq mühitində avatar əli idarə etmək öyrədilib.

Daha sonra meymunlar əllərindən fiziki istifadə etmədən, sadəcə beyin siqnalları ilə virtual əli hərəkət etdirə bildilər.

Bu araşdırmanın nəticələri ALS kimi əzələ hərəkətlərinə təsir edən xəstəliklərdən əziyyət çəkən xəstələrin həyatını asanlaşdıra biləcək texnoloji inkişaflara yol aça bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2661
avatar

Oxşar yazılar