2022-ci ildə təqdim olunacaq TEXNOLOJİ   məhsullar - FOTO
08 yanvar 2022 22:24 (UTC +04:00)

2022-ci ildə təqdim olunacaq TEXNOLOJİ məhsullar - FOTO

Dünyanın aparıcı sərgilərindən biri olan “CES 2022” başlayıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sərgidə yüzlərlə fərqli və yeni məhsullar təqdim edilib.

Məhsulların təqdimatı ABŞ-ın Las-Veqas şəhərində baş tutub.

Qeyd edək ki, pandemiya səbəbindən “Apple” kimi şirkətlər “CES 2022”dən çəkilib.

Maraqlı məhsulları sizə təqdim edirik:

Sağlamlığınıza nəzarət edən lampalar

ABŞ-ın məşhur “Sengled” şirkəti müxtəlif funksiyalar vasitəsilə otaqdakı insanlara sağlamlıqları haqqında məlumat verə bilən ağıllı lampaları təqdim edib. Bu lampalar ürək döyüntülərini, bədən istiliyini izləyə bilir.

Sürücüsüz traktor

“Deere” traktor şirkəti dünyanın ilk sürücüsüz traktorunu təqdim edib. Kənd təsərrüfatında əhəmiyyətli dərəcədə köməyi olacaq bu traktor GPS, kamera və süni intellektlə təchiz edilib.

“AMD” və “NVIDIA” prosessorları

Noutbuklar üçün hazırlanmış bu prosessor AMD-nın Zen 3 Plus arxitekturasına malikdir. 6 nanometrlik bu çipdə vacib yeniliklərin olduğu irəli sürülüb.

“Sony” şirkəti yeni displey texnologiyasına sahib ilk televizorunu təqdim edib. O ekran parlaqlığı ilə diqqət çəkib. QD-OLED displeyləri kvant sistemləri vasitəsilə mavi işığı qəbul edir və bəzilərini qırmızı, yaşıl işığa çevirir. Bu proses ekrandakı rəng parlaqlığını, yəni canlılığı  200 faizə qədər artıra biləcəyi iddia olunur.

LG

Cənubi Koreyanın texnologiya nəhəngi LG şirkəti “CES 2022” sərgisində bir çox cihaz təqdim edib. Belə ki, əvvəlcə “G2 OLED” televizorunu nümayiş etdirib. Daha sonra pandemiya səbəbi ilə daha çox istifadə olunan hava təmizləyici cihazı da təqdim olunub. Şirkət həmçinin “Vision OmniPod” adlı sürücüsüz avtomobil konseptini də paylaşıb.

# 3039
avatar

Sevinc Fərid

Oxşar yazılar