4 yaşından ağrılarla yaşamağa başlayan və 3 il ərzində 17 müxtəlif həkimə müraciət etsə də, bu ağrılardan xilas ola bilməyən Alex-ə kömək edən ChatGPT onun həyatını xilas edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Alex sağlam və şən bir uşaq ikən birdən-birə müəmmalı bir xəstəliyin qurbanı olaraq enerjisi tükənmiş, ağrıları artmış və boy inkişafı dayanmışdı. 3 il ərzində ailəsi 17 müxtəlif həkimə müraciət etsə də, nəticə ala bilməmiş və Alex-ə düzgün diaqnoz qoyula bilməmişdi. Ta ki anası ChatGPT-dən istifadə etməyə başlayana qədər. Həmin dövrdə 4 yaşında olan Alex müxtəlif ağrılardan əziyyət çəkməyə başlayıb. Valideynləri yemək yeyərkən başlayan bu ağrılar üçün əvvəlcə stomatoloqa müraciət ediblər. Həkimlər diş qıcırdaması səbəbindən tənəffüs yolunun tutulması ehtimalını irəli sürərək Alex üçün müalicə prosesini başladıblar. Amma Alex-in ağrıları tamamilə keçməyib.
Bir müddət sonra Alex-in boyunun uzanmadığını fərq edilib. Həkimlər bunun pandemiyanın təsirindən ola biləcəyini bildiriblər. 2021-ci ildə aparılan yoxlamada Alex-in bir az böyüdüyü qeyd edilib, lakin bu dəfə də sağ və sol ayağı arasında tarazlıq problemi olduğu və sol ayağını sürüyərək yeridiyi məlum olub. Fiziki terapiya müalicəsindən sonra isə Alex-in miqren ağrıları başlayıb. Bu dəfə isə həkimlərin arasına nevroloq da əlavə edilib. Pediatr, daxili xəstəliklər üzrə mütəxəssislər və digər ixtisaslar üzrə 17 müxtəlif həkim Alex-i müayinə etsələr də, bir nəticə əldə edilməyiblər. Daha sonra anası ChatGPT-dən istifadə edərək Alex-in 3 il ərzində aparılan bütün analizlərini və MRT nəticələrini ChatGPT-yə təqdim edib. Süni intellekt Alex-in xəstəliyini analiz edərək ona "gərgin onurğa beyni sindromu" olaraq diaqnoz qoyub.
Anası dərhal neyrocərraha müraciət edib və həqiqətən də süni intellektin diaqnozu doğru çıxıb. Bu xəstəlikdə onurğa beynindəki toxuma onun hərəkətini məhdudlaşdırır və anormal şəkildə gərginlik yaradan bağlar əmələ gətirirdi. Bu problem onurğa beyninin tam inkişaf etməməsi və ya müəyyən hissəsinin açıq qalması kimi doğuş qüsuru hesab edilsə də, Alex-də vəziyyət bir qədər fərqli idi. Adətən, uşaqların belində bu problem görünən olur, amma Alex-in yalnız ombasının üstündə doğum ləkəsinə bənzər bir iz var idi və bu vaxta qədər heç bir həkim bunu görməmişdi. Bundan əlavə, onun göbək nahiyəsi də əyri idi. Diaqnoz qoyulduqdan bir neçə həftə sonra Alex dərhal əməliyyat olunub və sağalma yoluna qədəm qoyub. Artıq o, uşaqlığını itirmədən dostları ilə oynamağa davam edir.
Buz üstü konkidə sürüşərkən belini və dizini zədələyib, xokkeydən imtina etməli olsa da və ya zədə səbəbilə beyzboldan uzaqlaşsa da, Alex kiçik bədəni ilə həyata uyğunlaşmağa davam edir və uşaqlığını xəstəliyini tanıyaraq və müalicə alaraq yaşayır. Süni intellektdən söhbət gedəndə bəzi mübahisələr ortaya çıxsa da, onun bacarıqlarını görməməzlikdən gəlmək artıq mümkün deyil. Bu hadisə ilə də süni intellekt alətlərinin doğru şəkildə istifadə olunduqda nə qədər böyük dəyişikliklər yarada biləcəyi bir daha sübut olundu. Alex-in və ailəsinin hekayəsi həm elmi, həm də insani bir uğur nümunəsi kimi yaddaşlarda qalır. Bu hekayədən çıxarılacaq dərslərdən biri də bəzən yeni texnologiyalara açıq olmağın və alternativ üsulları sınamağın həyat qurtara biləcəyidir. Bu gün Alex yenidən gülümsəyi bacarırsa, deməli bu hekayə bütün bunlara dəyərdi.