Ziya Bünyadov prospektində sürət 70-ə endirildi
15 noyabr 2023 15:01 (UTC +04:00)

Ziya Bünyadov prospektində sürət 70-ə endirildi

Bakıda daha bir yolda sürət həddi endirilib.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, noyabrın 15-dən paytaxtın Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib. Həmin yol sahəsində hazırda müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş olunur.

# 3063
avatar

Oxşar yazılar