Qazi Camal Alxasov
02 iyun 2021 12:42 (UTC +04:00)

Qazi Camal Alxasov

Zəfərin qəhrəmanları: Dövlət onların yanındadır

Azərbaycan ordusu 44 günlük müharibədə misilsiz qəhrəmanlıq dastanı yazdı. Torpaqlarımız Ermənistanın işğalından azad edildi və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Və heç kimə sirr deyil ki, şanlı zəfərin qəhrəmanları ilə bağlı Azərbaycan dövləti davamlı addımlar atılır. 

Azərbaycanda şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli dövlət dəstəyi göstərilir. Onlar hərtərfli dövlət qayğısı ilə əhatə olunub və bu kateqoriyadan olanların problemlərinin həlli daim diqqət mərkəzindədir. 

Adi bir fakt: YAŞAT Fondunun rəhbəri Elvin Hüseynovun bildirdiyinə görə, təkcə Fond tərəfindən tibb xərcləri üçün 3 milyondan çox pul xərclənib.  İndiyədək bu xərclər 872 şəhid ailəsi və 413 qazi ilə bağlı olub. Bu günə qədər 94 ağır yaralı qazi Türkiyəyə yola salınıb, 32-si geri qayıdıb, hazırda Türkiyədə 62 yaralı qazinin müalicəsi davam edir. Bu həftə daha 5 qazi Türkiyəyə yola salınacaq. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərin sosial dəstəklə təminatı işləri çərçivəsində bu gün Vətən müharibəsi qazilərindən daha iki nəfərə kiçik biznes sahələri yaratmaları üçün aktivlər təqdim edilib. Müharibə əlilləri Camal Alxasov avtoyuma, Pərvin Rzayev isə dönər istehsalı üzrə kiçik biznes fəaliyyətlərini qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin olunublar. Aktivlər Nazirliklə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlıq çərçivəsində verilib. Camal Alxasov bir qədər əvvəl Nazirlik tərəfindən mühərrikli təkərli oturacaqla təmin edilib, həmçinin onun yüksək texnologiyalı protezlə təminatı üçün də işlər aparılır. 

Yeri gəlmişkən, Vətən müharibəsi şəhidlərindən olan İsrafil İbrahimovun və Qüdrət Adişovun ailə üzvləri üçün də özünüməşğulluq proqramı çərçivəsində kiçik istehsal müəssisələri yaradılıb. Bununla bağlı məlumatda deyilir ki, lazımi avadanlıqlar verilməklə şəhid İsrafil İbrahimovun anası Səbinə İbrahimova (Nərimanov rayonu) üçün un məmulatlarının istehsalı müəssəsi qurulub. Eyni zamanda, şəhid Qüdrət Adişovun anası Yaqut Adişova (Sabunçu rayonu) üçün tekstil məhsullarının istehsalı müəsssiəsi qurulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli və digər əməkdaşlar hər iki ailə ilə görüşüb. Həmçinin ailələr üçün yaradılmış kiçik müəssisələrə də baxış olub. Şəhid ailələrinin sosial vəziyyətinin daim diqqətdə olacağı, onların sosial dəstəklə təminatı işlərinin bundan sonra da davam edəcəyi bildirilib. Ümumilikdə postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 6 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan 4666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub, 430 nəfərə münasib işlərə göndəriş verilib, 930 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib. 

Heç kimə sirr deyil ki, müharibədən sonra Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü 500, 1-ci qrup müharibə əlillərinin 400, 2-ci qrup müharibə əlillərinin 350, 3-cü qrup müharibə əlillərinin isə 300 manata qədər artırılıb. Eləcə də Milli Qəhrəmanların təqaüdü 1 min 800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub. Yeni təqaüdün məbləği 2000 manat həcmində müəyyənləşdirilib. 

Əslində həyata keçirilən bütün bu tədbirlər Azərbaycan Respublikasının Prezidentinin öz xalqına, öz vətəndaşına və öz əsgərinə dövlət qayğısının bariz nümunəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746

Oxşar yazılar